Hüseyn Bağırov: "Günəşli" yatağında ekologiya üçün fövqəladə bir hadisə baş vermədi"

Hüseyn Bağırov: "Günəşli" yatağında ekologiya üçün fövqəladə bir hadisə baş vermədi"
13:07 24 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ "Günəşli yatağındakı 10 saylı dərin dəniz özülünün baş verən qəza nəticəsində ekologiya üçün fövqəladə bir hadisə baş vermədi. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Onun sözlərinə görə, hadisə baş verən ərazidə ləkələr uzağı 2 kvadrat kilometr sahəni əhatə edir ki, bu da normadan 3-4 dəfə çox kondensant qalıqları ilə çirklənmə deməkdir. 
O bildirib ki, Qazaxıstan tərəfində hələ də Sovet dönəmindən qalma quyular istismar olunur: "Bizdə də neft daşlarında belə quyular var, amma az saydadır. Maraqlısı budur ki, normal sayılan neft quyularının axıntısı fəlakət zamanı baş verən axıntıdan çoxdur. Yəni, demək olmaz ki, hər şey əladır, amma müqayisəli yanaşmalıyıq. Xəzərin şimalında, şərqində fəlakət nəticəsində Azərbaycanı ittiham edən ölkələrin özləri belə quyulardan istifadə edirlər. İndi necə olur ki, 20-dən çox insanın həlak olduğu, iqtisadi ziyan dəyən bir ölkəni Xəzər dənizinin çirklənməsində ittiham edəsən? Halbuki, özləri fəlakətsiz belə, ekologiyaya ziyan verirlər".
Nazir qeyd edib ki, hətta neft ləkəsinin suda yayılmasının qarşısını almaq məqsədilə BP və SOCAR məhdudlaşdırıcı qurğulardan da istifadəyə cəhd etdi, lakin dağıntı çox az olduğundan effektsiz oldu.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/huseyn-bagirov-gunesli-yatagida-ekologiya-ucun-fovqelade-bir-hadise-bas-vermedi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR