Bakıda “Yeni hədəflər naminə” mövzusunda konfrans keçirilir

13:08 24 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Yeni hədəflər naminə” mövzusunda konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov konfransı açaraq başa çatmaqda olan bu ildə tariximizə yazılan mühüm hadisələrin yaşandığını qeyd edib. Baş nazirin müavini belə hadisələrdən birinin ölkəmizdə keçirilən parlament seçkiləri olduğunu vurğulayıb. Bildirib ki, YAP bu seçkilərdə yenə də qələbə qazandı. Bu qələbənin əsasında xalqın Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə sevgisi, onun siyasətini dəstəkləməsi, dövlətimizin başçısının cəmiyyətdə yüksək siyasi reytinqi dayanır. Təbii ki, burada YAP-ın namizədlərinin hər birinin siyasi nüfuzunun da öz təsiri var.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin on ildən artıq müddətdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə strateji mövqeləri möhkəmlənib, ölkəmiz regionun lider dövlətinə çevrilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Yeni_hedefler_namine_movzusunda_konfrans_kechirilir-913927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR