Polat Aləmdarın "Güllü"sü evləndi (VİDEO, FOTO)

Polat Aləmdarın "Güllü"sü evləndi (VİDEO, FOTO)
13:11 24 Dekabr 2015
50 Şou
Ölkə mətbuatı
A- A+

“Kurtlar Vadisi Pusu” serialının əsas obrazlarından olan Erhan Ufuk - Güllü Erhan evləndi.

ANS PRESS-in məlumatına görə, tanınmış aktyor nişanlısı Sürəyya Kuləni həyatının sonuna qədər nə olur olsun sevəcəyini və həmişə yanında olacağı barədə söz verərək rəsmi nikaha daxil olub.

Toyda cütlüyün dostları, yaxın qohumları və iş yoldaşları iştirak edib. E. Ufukın nikah şahidi isə rol yoldaşı Necati Şaşmaz (Polat Alemdar) və Cahit Kayaoğlu olub.


Cütlüyün toy şəkilləri

Cütlük 30 oktyabrda nişanlanıb. Sürəyya Kul sevgilisinin şirkətində çalışır.



Filmdə yaxasına taxdığı qızıl gül səbəbindən Güllü Erhan adlandırılan E.Ufak uzun illərdir “Kurtlar Vadisi Pusu” serialında rol alır.


Güllü Erhan və Sürəyya Kul

13-cü mövsümə start verən serialda bu illər ərzində bir çox aktyor müxtəlif səbəblərdən ayrılsa da Erhan Ufak Necati Şaşmazın imtina etmədiyi aktyorlardandır.


"Kurtlar Vadisi Pusu"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR