Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Salyanlı ustad aşığın yadigarı olan retro avtomobil

Salyanlı ustad aşığın yadigarı olan retro avtomobil

Date: 24 December 2015 13:13


Salyan, 24 dekabr, Mahir Babayev, AZƏRTAC
Salyanlı mərhum ustad aşıq Pənah Pənahovdan yadigar qalan “Zim” markalı avtomobil şəhərin küçələrində görünəndə çoxları ayaq saxlayaraq, maraqla bu retro maşına baxır.
AZƏRTAC xəbər verir ki, bu maşının 59 illik tarixi var. Ustad aşığın oğlu Taleh Pənahov avtomobili göz bəbəyi kimi qoruyub saxlayır. Deyir ki, maşını almaq istəyənlər çoxdur: “Hətta 100 min manatdan da artıq pul təklif edənlər olub. Amma ata yadigarı olduğu üçün satmamışam”.
Vaxtilə Azərbaycanın bir çox görkəmli sənət adamları bu maşınla müxtəlif səfərlərə çıxıb, yol gediblər. Hətta ondan gəlin maşını kimi istifadə olunub. Daha bir maraqlı məqam odur ki, avtomobil aşıq Pənahın olsa da, o, heç vaxt bu maşının sükanı arxasında oturmayıb.


Tags:  Salyanlı ustad aşığın yadigarı olan retro avtomobil


RƏYLƏR


Top news