Baş nazirin müavini: “Azərbaycan ABŞ-la münasibətlərin gərginləşməsinin tərəfdarı deyil”

Baş nazirin müavini: “Azərbaycan ABŞ-la münasibətlərin gərginləşməsinin tərəfdarı deyil”
13:14 24 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-la münasibətlərin dayandırılması haqqında Milli Məclis üzvlərinin fikirləri ABŞ-dakı bəzi insanların, bəzi dairələrin anti-Azərbaycan mövqeyinə Azərbaycanın məcburi reaksiyasıdır”.

 

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan ABŞ-la münasibətlərin gərginləşməsinin tərəfdarı deyil: “Bir sıra sahələrdə ABŞ-la əməkdaşlıq edirik. Amma təəssüflə qeyd etməliyəm ki, ABŞ-dakı bəzi dairələr və bəzi vəzifəli insanlar var ki, Azərbaycanla münasibətlərin pisləşməsi üçün əllərindən gələni edirlər. Hətta Azərbaycana və bəzi vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini hazırlayıb, Konqresə təqdim ediblər. Hələ bilmirik, Konqres qanun layihəsinə necə münasibət sərgiləyəcək. Amma belə bir təşəbbüsün irəli sürülməsi ortadadır”. 
 
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan vətəndaşları, o cümlədənMilli Məclisin üzvləri də bu anti-Azərbaycan hərəkətinə qarşı öz fikirlərini səsləndirirlər: “Bu fikirlərin müəyyən hissəsi ABŞ-a qarşı adekvat addımların atılmasını özündə ehtiva edir. Mən güman edirəm ki, ABŞ-da Azərbaycana qarşı bəzi dairələr tərəfindən sərgilənən anti-Azərbaycan meyli aradan qaldırılacaq. Biz bunu arzu edirik. Əgər ABŞ tərəfindən belə bir anti-Azərbaycan meyli özünü açıq şəkildə göstərməyəcəksə, Azərbaycan tərəfindən də müvafiq addımların atılmasına heç bir ehtiyac qalmayacaq. Bir daha qeyd edirəm ki, Azərbaycanda bəzi millət vəkilləri tərəfindən belə təklifin irəli sürülməsi sadəcə olaraq, ABŞ-da bəzi dairələrin anti-Azərbaycan mövqeyinə reaksiyadır”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR