Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Baş nazirin müavini: Dərmanların qiymətinin süni şişirdilməsinə imkan verilməyəcək

Baş nazirin müavini: Dərmanların qiymətinin süni şişirdilməsinə imkan verilməyəcək

Baş nazirin müavini qiymət artımından DANIŞDI (16 Mart 2017 14:22)
SON DƏQİQƏ: Türkiyədən Niderlanda TƏRS SİLLƏ (14 Mart 2017 00:48)
Dərmanların satışında YENİ QAYDALAR (18 Fevral 2017 17:47)

Tarix: 24 Dekabr 2015 13:23

Bakı. Samir Məmmədov - Trend:

Azərbaycan manatının dollara nisbətdə məzənnəsinin enməsilə əlaqədar olaraq ölkədə bəzi dərman preparatlarının qiymətlərində dəyişikliklər ola bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavininin sözlərinə görə, bu qiymətlərin məzənnəyə uyğunlaşdırılması qaçılmazdır: “Qərarlaşmış qaydalara görə, Azərbaycanda dərmanların qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Məlum hadisə ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılacaq və məzənnədə baş verən dəyişikliyə uyğunlaşdırılacaq”.

Ə.Əhmədov bildirib ki, belə bir addımı atmaqla Azərbaycan hökumətinin məqsədi odur ki, Azərbaycan vətəndaşları dərmanların qiymətində müşahidə olunan süni qiymət artımından əziyyət çəkməsinlər: “Buna nail olunub. Amma indi atılan addım ondan ibarət olacaq ki, Azərbaycana dərman idxal edən iş adamları ziyana düşməsinlər. Bu olmayacaq da. Yenə də optimal bir variant işlənib hazırlanacaq, dərmanların qiymətinin süni şişirdilməsinə imkan verilməyəcək".

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Baş nazirin müavini Dərmanların qiymətinin süni şişirdilməsinə imkan verilməyəcək



RƏYLƏR


Top xəbərlər