Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılan qurumdan açıqlama

Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılan qurumdan açıqlama
13:23 24 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət başçısının Bakı Nəqliyyat Agentliyinin yaradılması və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin onun tabeliyinə verilməsi ilə bağlı fərmanı intellektual nəqliyyat sisteminə müsbət təsir göstərəcək və onun inkişafına daha böyük təkan olacaq. Fikrimizcə, yeni qurumun yaradılması doğru, düşünülmüş, yerində verilmiş qərardır.

Bu barədə Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, hələlik NİİM öz əvvəlki iş rejimi ilə fəaliyyətini davam etdirir:
"Fərman hələ cəmi 2 gündür imzalandığından hələlik heç nə yaradılmayıb. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliyi 3 ay ərzində yaradılmalıdır və biz də onun tabeliyinə verilirik. Hazırda isə biz NİİM olaraq yenə də öz əvvəlki rejimimizlə işləyirik".

Qeyd edək ki, Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərmanına əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılacaq. Agentlik yaxın 3 ay ərzində fəaliyyət başlamalıdır. Sənədə əsasən, Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilib.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR