Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda ağır yol qəzaları: ölənlər var

Bakıda ağır yol qəzaları: ölənlər var

Tarix: 24 Dekabr 2015 13:24

Dünən Bakıda 2 ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 23-də saat 07 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Nəvail Tağıyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən paytaxt sakini Əbil Əhmədovu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

Digər qəza Nizami rayonunda baş verib. Dekabrın 23-də saat 12 radələrində paytaxtın Nizami rayonunda Masallı rayon sakini Ədalət Məmmədovun idarə etdiyi “Mercedes” və Kürdəmir rayon sakini Ceyhun Kərimovun idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Məmmədov hadisə yerində ölüb.

 

Nizami RPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  Bakıda ağır yol qəzaları ölənlər var



RƏYLƏR


Top xəbərlər