Ağsuda Yeni il ərəfəsində keçirilən iməcilikdə 1500-dən çox ağac əkilib

Ağsuda Yeni il ərəfəsində keçirilən iməcilikdə 1500-dən çox ağac əkilib
13:38 24 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 24 dekabr, AZƏRTAC
Ağsuda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində ümumşəhər iməciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, iməcilikdə ayrı-ayrı idarə, müəssisə və təşkilatlardan 700 nəfərdən çox adam iştirak edib. Şəhərin küçə və parklarında təmizlik və abadlıq işləri aparılıb, əsasən Bakı-Şamaxı-Yevlax magistral yolunun şəhərdən keçən hissəsinin kənarlarında, M.Ə.Rəsulzadə küçəsində 1500-dən çox ağac əkilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agsuda_Yeni_il_erefesinde_kechirilen_imecilikde_1500_den_chox_agac_ekilib-913940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR