Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gəlilini güllələyib öldürən 77 yaşlı kişinin işi məhkəmədə

Gəlilini güllələyib öldürən 77 yaşlı kişinin işi məhkəmədə

Date: 24 December 2015 13:44

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini gülləyərək öldürməkdə təqsirli bilinin 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 28-ə təyin edilib.

 

Qeyd edək ki, qətl hadisə bu il iyul ayının 25-də  Qusar rayonu, Avaran kəndində baş verib. Kənd  sakini  78  yaşlı Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 38 yaşlı gəlini  Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə bir dəfə atəş açaraq onu öldürüb. Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilib.

 

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Tags:  Gəlilini güllələyib öldürən 77 yaşlı kişinin işi məhkəmədə

RƏYLƏR


Top news