"Sky Sports" kanalında Tofiq Bəhramovun qərarı müzakirə olunacaq

"Sky Sports" telekanalı İngiltərə millisinin DÇ-1966-dakı zəfərinin 50 illiyi münasibətilə genişmiqyaslı layihə hazırlayır.


Kanalın mütəxəssisləri Ceymi KarragerEd Çemberlen statistiki məlumatlar və kompüter texnologiyasının köməkliyi ilə İngiltərəAlmaniya Federativ Respublikası milliləri arasında oynanılan final matçının gedişatını təhlil edəcəklər. Veriliş zamanı sözügedən qarşılaşmanın iştirakçıları olmuş qapıçı Qordon Benks və het-trik müəllifi Ceffri Herstdən alınmış müsahibələr də nümayiş olunacaq.

Bunlarla yanaşı, mütəxəssislər müasir texnologiyalardan istifadə edərək birmənalı şəkildə bir suala cavab tapmağa çalışacaqlar: üçüncü qolda top qapı xəttini keçmişdimi? Arxivdə olan videotəkrarlardan heç biri epizod haqda dəqiq fikir yürütməyə imkan vermir.

Xatırladaq ki, final matçının baş hakimi Qotfrid Dinst azərbaycanlı laynsman Tofiq Bəhramovla məsləhətləşdikdən sonra topun qapı xəttini keçdiyinə dair qərar vermişdi.

Veriliş yanvarın 4-də efirə çıxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR