AFFA Klublar Komitəsinin yeni sədrinin adı açıqlandı

Bu gün AFFA Klublar Komitəsinin 2015-ci ilin son iclası keçirilib. Metbuat.az report.az-a istinadən məlumat verir ki, iclasda Komitəyə yeni sədr seçilib.

Qarşıdakı 1 il müddətində Komitəyə Fikrət Hüseynov rəhbərlik edəcək. Üzvlər arasında keçirilmiş səsvermə nəticəsində AZAL klubunun vitse-prezidenti daha çox səs toplayıb.

Səsvermənin nəticələri:

AZAL - 6
Qəbələ - 2
Sumqayıt - 1

Qeyd edək ki, bundan öncə Komitəyə "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edib. O, bugünkü iclasda öz namizədliyini irəli sürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR