“Bacarıqlı əllər” rəsm dərnəyinin “Rəngbərəng” adlı rəsm sərgisi açılacaq

“Bacarıqlı əllər” rəsm dərnəyinin “Rəngbərəng” adlı rəsm sərgisi açılacaq
13:53 24 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 25-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyi üzvlərinin “Rəngbərəng” adlı rəsm sərgisi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Meqafon” ticarət-əyləncə mərkəzində açılacaq sərgidə müxtəlif yaşlı fırça ustalarının rəngkarlığın müxtəlif çalarlarına aid - qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika, vitraj və s. rəsm əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, rəsm dərnəyində 4 yaşdan 18 yaşadək uşaqlara sənətin sirləri öyrədilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bacariqli_eller_resm_derneyinin_Rengbereng_adli_resm_sergisi_achilacaq-913946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR