Ev alan jurnalistlərə kupça verilib

Ev alan jurnalistlərə kupça verilib
13:54 24 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi"Jurnalistlər binası"nda “Kütləvi çıxarış” kampaniyasını təşkil edib.

 

"APA-Economics"in xəbərinə görə, bu binada mənzil sahibi olan 100-dən çox jurnalistə bilavasitə onların ünvanında kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim olunub.

 

Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli iştirak edib.

 

H. Mustafayev bildirib ki, ölkə rəhbərliyi tərəfindən daim Azərbaycanda informasiya azadlığının və azad mətbuatın təmin olunması, Kütləvi İnformasiya Vasitələrinə dəstəyin göstərilməsi diqqət mərkəzində saxlanılır. Jurnalistlər üçün inşa edilən bu yaşayış binası da dövlət başçısının mətbuat nümayəndələrinə olan diqqət və qayğısının bariz nümunəsidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR