Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Ölkədə qiymətləri süni artıran şəxslər barədə tədbirlər görüləcək"

"Ölkədə qiymətləri süni artıran şəxslər barədə tədbirlər görüləcək"

Cinsi həvəsi artıran preparatlardan istifadə etmək olarmı? (21 Mart 2017 16:22)
Nazirlik reydlərə başladı - O ŞƏXSLƏR CƏZALANDIRILACAQ (14 Fevral 2017 13:39)

Tarix: 24 Dekabr 2015 13:57

Azərbaycanda manatın devalvasiyasından sonra ölkədə qiymətləri süni artıran şəxslər barədə tədbirlər görüləcək.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini bildirib ki, manatın məzənnəsinin dəyişməsindən sonra yaranmış vəziyyətdən faydalanmaq istəyənlər ortaya çıxır: "Bu, düzgün hərəkət deyil. Prezidentimiz bu cür hallara yol verənlərə dair münasibətini bildirib. İnanıram ki, fürsətdən istifadə edib, süni şəkildə, heç bir obyektiv əsas olmadan satdığı məhsulların qiymətlərini qaldırmağa çalışanlara qarşı Azərbaycan hökuməti, müvafiq qurumlar tərəfindən tədbirlər görüləcək".

Ə.Əhmədov deyib ki, bu tədbirlər qanun çərçivəsində aparılacaq: "Çalışmaq lazımdır ki, Azərbaycan vətəndaşları əlavə əziyyət çəkməsin, yaranmış vəziyyətdə sıxıntı keçirməsin. Obyektiv olaraq qiymətlərdə baş verən artımlara gəldikdə isə, güman edirəm ki, bu, o qədər də böyük olmayacaq. Xüsusilə də yerli istehsalla əlaqədar olan məhsulların qiymətlərində ciddi artım olmayacaq. Ola bilsin ki, bu məhsulların bəzi komponentləri xaricdən gətirilir və onların gətirilməsi üçün xarici valyutadan istifadə olunur. Qiymət artımı da yalnız o dərəcədə ola bilər".

Baş nazirin müavini süni qiymət artımından faydalanmaq istəyənlərin arzularının reallaşmasına imkan verilməyəcəyini bildirib.

Milli.Az


Teqlər:  Ölkədə qiymətləri süni artıran şəxslər barədə tədbirlər görüləcək



RƏYLƏR


Top xəbərlər