Pakistanın prezidenti: “...Ermənistanla diplomatik əlaqə qurulmayacaq”

13:59 24 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Pakistan İslam Respublikasında diplomatik xidmətinin başa çatması ilə əlaqədar Daşqın Şikarov Pakistan İslam Respublikası prezidenti Məmnun Hüseyn, Milli Assambleyanın Spikeri Ayaz Sadiq, Xarici İşlər Naziri  Sərtac Əziz ilə vida görüşləri keçirib.

 

Lent.az-ın məlumatına görə, Məmnun Hüseyn ilə keçirilən görüşdə D. Şikarov hər iki ölkə arasında siyasi, diplomatik, ticari-iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd edib. Prezident M. Hüseynin bu ilin martında Azərbaycana rəsmi səfərini xatırlayaraq, prezident İlham Əliyev başda olmaqla ölkəmizin  rəsmi şəxsləri ilə keçirilən görüşlərin, imzalanan sənədlərin, keçirilən biznes forumun Azərbaycan-Pakistan münasibətlərində yeni səhifə açdığını bildirib. İslamabad-Bakı birbaşa hava əlaqəsinin bu səfərin məntiqi nəticəsinin olduğu, bunun xalqlarımız arasında münasibətlər və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

 

D. Şikarov Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını, həmçinin, erməni hərbi birləşmələrinin  Xocalıda törədilən soyqırımı ilə əlaqədar bu ölkənin Senatının qəbul etdiyi qətnamənin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

 

Pakistanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə bu ölkənin bütün bölgələrinə səfər etdiyini bildirən D. Şikarov pakistanlıların Azərbaycan dövləti və xalqına qarşı xüsusi rəğbətinin şahidi olduğunu söyləyib.

 

İqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsinə çatdırılması vacibliyini vurğulayan Pakistan dövlət başçısı, qarşılıqlı investisiyaların yatırılması potensialın olduğunu bildirib. Həmçinin, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın böyük imkanlara  olduğunu vurğulayıb.

 

Prezident Məmnun Hüseyn, ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəklədiyini, Ermənistanla heç bir diplomatik münasibətlərin qurumadığını, bunun Azərbaycan torpaqlarının işğaldan azad edilənə qədər davam ediləcəyini bildirib. 

 

Pakistan Parlamentində keçirilmiş görüşdə iki ölkənin qanunverici orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd edən Milli Assambleyanın Sədri Ayaz Sadiq 2016-ci ilin birinci yarısında Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib. Həmçinin, o, işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın dərhal və qeyd şərtsiz çıxmasının vacibliyini bildirərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

 

Daşqın Şikarovun Pakistan xarici işlər naziri Sərtac Əziz ilə  keçirdiyi görüşdə  Azərbaycan-Pakistan iki və çox tərəfli formatda münasibətlər haqqına danışılmış, mövcud əlaqələrin daha da dərinləşdirilməsi vacibliyi qeyd edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR