Əflatun Amaşov jurnalist sorğusuna cavab verməyənlərin cəzalandırılması ilə bağlı qanunvericiliyə təklif olunan yeniliyi şərh edib

14:02 24 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

“Jurnalistlərin işinə mane olan vezifəli şəxslərin cərimələnməsi və s. barədə qanunda bundan əvvəldə cəzalar və cərimələr var idi. Lakin indi bu proses daha da sərtləşdirilib. Hətta jurnalistin peşə fəaliyyətinə maneçilik törədən şəxs cərimə ilə yanaşı bir il müddətinə azadlıqdan mərhumda ediləcək. Bu məsələdə jurnalistlər də aktiv olmalıdırlar, onlar bu cür hallarla qarşılaşdıqda necə addım atacaqlarını mütləq bilməlidirlər”, - Ə.Amaşov deyib.
Qeyd edək ki, Azərbaycanda yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsinə əsasən jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq olunacaq.
Maddədə göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək. Həmçinin, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://report.az/media/eflatun-amasov-jurnalist-sorgusuna-cavab-vermeyenler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR