Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 15-ci kilometrliyində ağacəkmə aksiyası keçirilib

Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 15-ci kilometrliyində ağacəkmə aksiyası keçirilib

Date: 24 December 2015 14:03


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahələrinin davamı olaraq 15-ci kilometrlikdə çirklənmədən və bataqlıqdan təmizlənmiş yeni ərazilərdə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada ETSN-in əməkdaşları ilə yanaşı, qeyri-hökumət təşkilatları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin ümumilikdə 1000-ə yaxın nümayəndəsi iştirak edib. Beş hektar ərazidə yeni yaşıllıq sahəsi salınıb, təzə əkilən ağaclar suvarılıb. Nazirliyin daxili imkanları hesabına yeni salınmış 25 hektar ərazidəki yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların salınması, onlara qulluq göstərilməsinin ictimailəşdirilərək təşviq edilməsi və insanların ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.
Son bir neçə ildə ölkədə Prezident İlham Əliyevin ekoloji tarazlığın qorunmasına xüsusi diqqəti və qayğısı nəticəsində indiyə qədər görünməmiş miqyasda meşə və yaşıllıq sahələri salınıb. Son 10 ildə 103 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ədəd ağac yetişdirilib. Paytaxtda və Azərbaycanın bütün bölgələrində meşə fonduna daxil olmayan torpaqlarda 21 milyondan artıq ağac əkilib, yaşıllıq zolaqları salınıb. Bundan əlavə, dövlət başçısının tapşırığı əsasında 5 ildə təkcə magistral avtomobil yollarının ətrafında, Bakı və Bakı ətrafındakı arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş ərazilərdə, həmin torpaqların təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan irimiqyaslı yaşıllaşdırma layihələri həyata keçirilib, 4 min hektara yaxın ərazidə 4 milyon 711 min ədəd ağac əkilib. Ağacların suvarılması üçün 10,8 min kilometr uzunluğunda müasir damcılı suvarma sistemi yaradılıb. Prezident İlham Əliyevin xüsusi göstərişi əsasında yaşıllıqların salınmasında həm ekoloji, həm də iqtisadi faydası olan zeytun ağaclarından istifadə olunub və son 5 ildə 2 min 700 hektar ərazidə 1 milyon 240 min ədəd zeytun ağacı əkilib. Bunun hesabına da indi zeytun sahələri tarixən Azərbaycanda mövcud olmuş zeytunla örtülü ərazilərlə müqayisədə 3 dəfədən çox artıb.



Tags:  Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 15-ci kilometrliyində ağacəkmə aksiyası keçirilib


RƏYLƏR


Top news