Azərbaycan iribuynuzlu mal-qaranın məhsuldarlığını artıracaq

Azərbaycan iribuynuzlu mal-qaranın məhsuldarlığını artıracaq
14:08 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi iribuynuzlu mal-qaranın məhsuldarlığını artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov "Yeni hədəflər naminə" konfransda deyib.

Onun sözlərinə görə, hazırda ölkədə kənd təsərrüfatı heyvanlarının məhsuldarlığı 1-1,2 ton (ildə) təşkil edir. Belarusda bu göstərici 3 dəfə çoxdur, Avropada isə 9-11 tona çatır.

H.Əsədov qeyd edib ki, yüksək məhsuldarlığa nail olmaq üçün mal-qaranın cinsliliyini yaxşılaşdırmaq planlaşdırılır: "Bunu iki yolla etmək olar: digər ölkələrdən idxal edilən cins mal-qaranın cütləşdirilməsi və süni mayalanma hesabına".

Nazir diqqətə çatdırıb ki, bunun üçün Azərbaycanda Avropada ən iri Heyvanların Süni Mayalanması Mərkəzi tikilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2473624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR