“Azərikimya” İB-nin etilen-polietilen zavodunun bir qrup işçisinə sertifikatlar təqdim olunub

“Azərikimya” İB-nin etilen-polietilen zavodunun bir qrup işçisinə sertifikatlar təqdim olunub
14:08 24 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 24 dekabr, AZƏRTAC 
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun su təchizatı, susoyutma və kanalizasiya sahəsində “Schneider Electric” şirkəti tərəfindən quraşdırılmış müasir elektrik avadanlıqlarının iş prinsiplərinin xidmət heyətinə öyrədilməsi məqsədilə müəssisənin bir qrup işçisinə treninq keçirilib.
“Azərikimya” İB-nin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, “Schneider Electric” şirkəti enerjinin təhlükəsizliyi, etibarlılığı, səmərəliliyi, məhsuldarlığı və ekoloji təmizliyi kimi məsələlər üzrə dünyanın 100-dən çox ölkəsində əməliyyatlar həyata keçirən şirkətdir.
Bağlanan müqaviləyə əsasən “Schneider Electric” şirkətinin mütəxəssisləri 6 əməkdaşa nəzəri və praktik əməliyyatları əhatə edən treninq–peşəkar təlim keçib.
Treninq başa çatdıqdan sonra təlimdə iştirak edən əməkdaşlar imtahana cəlb edilərək qazandıqları nəzəri və praktiki biliklərin hesabatını veriblər. İmtahanda yüksək nəticə göstərdiklərinə görə təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerikimya_IB_nin_etilen_polietilen_zavodunun_bir_qrup_ischisine_sertifikatlar_teqdim_olunub-913953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR