Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Oğlumu həbs etdirmək istəyirdi" - İlhamə Quliyeva

"Oğlumu həbs etdirmək istəyirdi" -  İlhamə Quliyeva

Date: 24 December 2015 14:11

Xalq artisti İlhamə Quliyeva səhhətinin düzəldiyini deyib.

Axşam.az-ın məlumatına görə, müğənni “10-dan sonra” verilişində köməkçisinin hazırda həbsxanada olduğunu vurğulayıb:

“Köməkçim yeməklərdə mənə dərmanlar verib, immunitetimi aşağı salmışdı. Bişirdiyi mürəbbələri ekspertizaya vermişik. Onun etdiklərinin nəticəsində böyrəyimdə problem yarandı, xəstəxanaya düşdüm. İndi səhhətim yaxşıdır. Köməkçim isə həbsxanadadır. Niyyəti mənim varisim olmaq imiş.

Gedib mənim adımdan vəsiyyətnamə yazdırıb, bütün mülkümü adına keçirmək istəyib. Yalançı imzalar çəkib. Bunun üçün şəxsiyyət vəsiqəmi də oğurlayıb. Oğlum Orxanı həbsxanaya saldırmağı planlaşdırırmış. Hətta deyirmiş ki, “Həbsdə olanda onu öldürtdürəcəm”.

Tags:  Oğlumu həbs etdirmək istəyirdi İlhamə Quliyeva

RƏYLƏR


Top news