Sməd Seyidov: “ABŞ-da Azərbaycan əleyhinə hazırlanmış qanun layihəsinin dəstək qazanacağına inanmıram”

14:12 24 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

O nun sözlərinə görə, hələ ki, Milli Məclisdə bu qanun layihəsi ilə bağlı müzakirələr aparılmayıb: “Rövşən Rzayevi başa düşürəm. Çünki son zamanlar müxtəlif qurumlardan, ölkələrdən insan haqları adından istifadə edərək, onu əllərində alət edərək dövlətə təzyiqlər edilir. Burada açıq-aydın anti-Azərbaycan, erməni lobbisinin səylərini görürük. Misal üçün, bu yaxınlarda ABŞ konqresmeni cənab Smitin təşəbbüsünü göstərə bilərik. Onun təqdim etdiyi layihənin müddəlarını oxusanız, görərsiniz ki, bu, böhtanlarla, iftiralarla zəngindir. Qanun layihəsi inanmıram ki, dəstək qazansın. Biz beynəlxalq təşkilatların insan haqlarından alət kimi istifadə etməsinin qəti əleyhinəyik. İnsan haqları ali bir dəyərdir. Buna Azərbaycanda xüsusi münasibət bəslənilir”.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/smed-seyidov-abs-da-azerbaycan-eleyhine-hazirlanmis-qanun-layihesinin-destek-qazanacagina-inanmira

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR