"Bakı Film” Kinostudiyasında ixtisarlara başlanılıb

"Bakı Film” Kinostudiyasında ixtisarlara başlanılıb
14:14 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"ANS Şirkətlər Qrupu”nun prezidenti Vahid Mustafayevin təsisçisi olduğu "Bakı Film” Kinostudiyasında ixtisarlara başlanılıb. Lent.az-ın Movqe.az-a istinadən xəbərinə görə, artıq ANS-də yayımlanan verilişlərin bir çoxunun "Bakı Film” Kinostudiyasında olan dekorasiyalarının sökülməsinə başlanılıb. Bu verilişlərdən biri indiyədək  qısa zamanda geniş tamaşaçı auditoriyası toplayan "Beş barmaq" verilişidir. İndiyədək çəkilişi "Bakı Film” Kinostudiyasının pavilyonunda aparılan veriliş bundan sonra telekanalın özündə çəkiləcək. "Bakı Film” Kinostudiyasının çəkiliş pavilyonunda ərsəyə gələn bəzi verilişlərin də  bundan sonra "ANS Şirkətlər Qrupu”nda çəkiləcəyi məlumatı var. Bununla əlaqədar olaraq "Bakı Film” Kinostudiyasında işçilərin çoxu ixtisar olunacaq. Burada ancaq kinoların çəkilişi olacaq. Xatırladaq ki, ANS-də yayımlanan bir sıra verilişlərin çəkilişi "Bakı Film” Kinostudiyasının pavilyonunda aparılırdı.  

Məsələni dəqiqləşdirmək üçün “ANS” Şirkətlər Qrupu prezidentinin müşaviri Mayis Məmmədovla əlaqə saxladıq.

Məsələ ilə  bağlı Lent.az-a açıqlama verən M. Məmmədov deyib ki, tamaşaçılar üçün əsas həmin verilişlərdir: “Fərqi nədir veriliş harada çəkildi?! İstər “Bakı Film” Kinostudiyasında, istərsə də ANS-də. Əsas odur ki, həmin verilişlərin yayımı davam edəcək”.

Xatırladaq ki, "Bakı Film” Kinostudiyası 2006-cı ildə "ANS Şirkətlər Qrupu”nun prezidenti Vahid Mustafayevin təsisçiliyi ilə yaranıb. Kinostudiyanın müraciət etdiyi ilk ekran əsəri Vahid Naxışın ssenarisi əsasında lentə alınan "Bulağıstan” bədii filmi olub. İndiyədək bu kinostudiyada "Qaydasız döyüş”,"Yaddaş”, Xocalı soyqırımının acı həqiqətlərindən bəhs edən "Xoca” filmi çəkilib.  Ölkə prezidentinin "Milli seriallar və televiziya filmlərinin istehsalı haqqında” sərəncamına müvafiq olaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin sifarişi ilə 61 seriyalı "Ağabəyovlar” televiziya serialı da "Bakı Film” Kinostudiyasında istehsal edilib. Eyni zamanda, mütəmadi olaraq, Kinostudiyanın səsyazma studiyalarında hər ay onlarla bədii film, dünya kinematoqrafiyasının seçmə nümunələri Azərbaycan dilinə dublyaj edilir. 2011-ci ildən etibarən "Bakı Film” Kinostudiyası Bakının Lökbatan qəsəbəsində inşa edilmiş yeni inzibati-yaradıcılıq-istehsalat binasında fəaliyyətinə davam etdirməyə başlayıb. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR