Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müğənnilərin vergi borcları nə qədərdir?

Müğənnilərin vergi borcları nə qədərdir?

Date: 24 December 2015 14:17

"Xəzər Xəbər" şou-biznes nümayəndələrinin vergiyə olan borclarının məbləğini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən həmin siyahını təqdim edir:

Ayaz Qasımov - 7900 manat

Zamiq Hüseynov - 4700 manat

Rəqsanə İsmayılova - 4350 manat

Xəyyam Nisanov -  4300 manat

Emil Bədəlov - 3640 manat

Rüfət Axundov - 1600 manat

"Şeron" qrupu - 13 min manat 

Ceyhun Əliyev - 701 manat

Sevinc Musayeva - 866 manat

R.Axundov artıq vergi borcunu ödədiyini bildirib: "Köməkçim xəstələndiyi üçün vergi borcum bir neçə gün yubanmışdı. Adım borclular siyahısına düşdü. Mən də tez gedib ödədim". "Şeron" qrupunun üzvləri Ülvi Cəfərov, Məlik Hacıyev, Zaur Məhərrəmov bu xəbərə etiraz edib: "Əgər "Şeron MMC" 2008-ci ildən bağlıdırsa, necə cərimə gəlib? Əgər biz hər birimiz hər il stabil vergimizi göstərmişiksə, ödədiyimiz pullar hara gedir?"

Milli.Az


Tags:  Müğənnilərin vergi borcları qədərdir


RƏYLƏR


Top news