Ərdoğan İlham Əliyevə zəng edib

Ərdoğan İlham Əliyevə zəng edib
14:19 24 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə telefonla zəng edərək onu ad günü münasibətilə təbrik edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı və əmin-amanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev də öz növbəsində təbrikə və diqqətə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR