Azərbaycanda pensiyaların artırılması məsələsinə aydınlıq gətirildi

Azərbaycanda pensiyaların artırılması məsələsinə aydınlıq gətirildi
14:23 24 Dekabr 2015
62 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

"Mövcud qanunvericiliyə əsasən hər il Azərbaycan Respublikası Prezidenti tərəfindən pensiyaların sığorta hissəsinin və fərdi hesablara toplanan penisya kapitallarının indeksləşdirilməsi barədə qərar qəbul edilir".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev pensiyaların artırılması məsləsinə münasibət bildirərkən deyib.

E.Mehdiyev bildirib ki, bu, əmək pensiyaları haqqında qanunun müvafiq müddəası ilə tənzimlənən qanunvericilik normasıdır: "Qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən veriləcək sərəncama uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu addım atacaq. Avtomatlaşdırılmış rejimdə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həm də fərdi hesablara toplanan pensiya kapitallarının artırılması reallaşdırılacaq".

Fondun sədri bildirib ki, hələlik hər şey öz axarı ilə gedir: “Qiymətlərin indeksi elan olunduqdan sonra Prezidentin tapşırığına uyğun olaraq indeksləşməni reallaşdıracağıq. Bunun üçün kifayət qədər vəsaitimiz var. Heç bir problem yoxdur".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR