Pakistan Prezidenti: "Azərbaycan torpaqları işğaldan azad edilənə qədər Ermənistanla diplomatik münasibətlər qurulmayacaq"

Pakistan Prezidenti: "Azərbaycan torpaqları işğaldan azad edilənə qədər Ermənistanla diplomatik münasibətlər qurulmayacaq"
14:27 24 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Əliağa Hüseynov: “Təkcə Ermənistanla deyil, dünya ilə mübarizə aparırıq” (03 Aprel 2017 19:13)
Səfir: "Pakistan Azərbaycanla münasibətlərin səviyyəsindən razıdır" (23 Mart 2017 13:32)
2 min kilometr ərazi işğaldan azad edildi - SURİYADA (03 Mart 2017 17:22)

Pakistan İslam Respublikasında diplomatik xidmətinin başa çatması ilə əlaqədar Daşqın Şikarov Pakistan İslam Respublikası Prezidenti Məmnun Hüseyn, Milli Assambleyanın Spikeri Ayaz Sadiq, Xarici İşlər Naziri Sərtac Əziz ilə vida görüşləri keçirib.

Trend-in məlumatına görə, Pakistan Prezidenti Məmnun Hüseyn ilə keçirilən görüşdə D.Şikarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Pakistanın Dövlət başçısına səmimi və xoş arzularını yetirib. O, ölkələrimiz arasında siyasi, diplomatik, ticari-iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd edib. Prezident M.Hüseynin cari ilin 11-14 mart tarixlərində Azərbaycana rəsmi səfərini xatırlayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla ölkəmizin rəsmi şəxsləri ilə keçirilən görüşlərin, imzalanan sənədlərin, keçirilən biznes forumun Azərbaycan-Pakistan münasibətlərində yeni səhifə açdığını bildirib. İslamabad-Bakı birbaşa hava əlaqəsinin bu səfərin məntiqi nəticəsinin olduğu, bunun xalqlarımız arasında münasibətlər və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. D.Şikarov Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını, həmçinin, erməni hərbi birləşmələrinin Xocalıda törədilən soyqırımı ilə əlaqədar Pakistan Senatının qəbul etdiyi qətnamənin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Pakistanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə bu ölkənin bütün bölgələrinə səfər etdiyini bildirən D.Şikarov, pakistanlıların Azərbaycan dövləti və xalqına qarşı xüsusi rəğbətinin şahidi olduğunu söyləyib.

Pakistan Prezidenti Məmnun Hüseyn xoş salamlarını və dərin ehtiramlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yetirməsini xahiş edib. Məmnun Hüseyn Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanda irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edərək, bu kimi layihələrin xalqlarımız arasındakı qardaşlıq münasibətlərinə xüsusi töhfə verdiyini bildirib.

Cənab Məmnun Hüseyn Azərbaycan-Pakistan əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.

İqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsinə çatdırılması vacibliyini vurğulayan Pakistan dövlət başçısı, qarşılıqlı investisiyaların yatırılması potensialı olduğunu bildirib. Həmçinin, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın böyük imkanlar olduğunu vurğulayıb.

Prezident Məmnun Hüseyn, ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstklədiyini, Ermənistanla heç bir diplomatik münasibətlərin qurumadığını, bunun Azərbaycan torpaqlarının işğaldan azad edilənə qədər davam ediləcəyini bildirib.

Pakistan Parlamentində keçirilmiş görüşdə Milli Assambleyanın Sədri Ayaz Sadiq, iki ölkənin qanunverici orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi, son dövrdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin, Parlamentlərarası dostluq qrupunun üzvlərinin Pakistana, Pakistan Senatının Sədr müavinləri Can Camalinin, Sabir Bəlucun, xarici əlaqələr, Müdafiə Komitələrinin sədrlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin Azərbaycana səfər etdiyini bildirib. D.Şikarov, Azərbaycanda keçirilmiş parlament seçkilərində haqqında məlumat verərək, Beynəlxalq Təşkilatlar tərəfindən seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı verilən bəyanatları spikerin diqqətinə çatdırıb. Pakistan Parlamentinin Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial mövqe və qəbul edilmiş 3 qətnamələrə görə həmsəhbətinə minnətdarlığını bildirib.

Pakistan Parlamentinin spikeri Ayaz Sadiq yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə cənab Oktay Əsədova təbriklərini çatdırmağı xahiş edərək 2016-ci ilin birinci yarısında Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Cənab Ayaz Sadiq Azərbaycan və Pakistan münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini bildirərək, parlamentlərarası təmasların daha da intensivləşdirmək zəruriliyini qeyd edib. Həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın dərhal və qeyd şərtsiz çıxmasının vacibliyini bildirərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

D.Şikarovun Pakistan xarici işlər naziri Sərtac Əziz ilə keçirdtiyi görüşdə Azərbaycan-Pakistan iki və çox tərəfli formatda münasibətlər haqqına danışılıb, mövcud əlaqələrin daha da dərinləşdirilməsi vacibliyi qeyd edilib.

Sərtac Əziz Pakistanın Azərbaycanı regionda özünə ən yaxın ölkə kimi hesab etdiyini qeyd edib, Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. İki ölkə arasında siyasi münasibətlərin səviyyəsini digər sahələrə də şamil edilməsi vacibliyini vurğulayıb. Sərtac Əziz Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi məsələsində tam dəstəklədiyi bəyan edib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda “Lada” maneəyə çırpıldı: Sürücü yaralandı

27 Aprel 2017 07:44

ABŞ-da polisi öldürdülər

27 Aprel 2017 07:43

PSJ “Monako”nun daşını daş üstə qoymadı - VİDEO - FOTO

27 Aprel 2017 07:37

Mexikoda ikimərtəbəli mənzil - FOTO

27 Aprel 2017 07:32

“Barselona”dan 7, “Real”dan 6 qol - FOTO

27 Aprel 2017 07:27

“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq

27 Aprel 2017 07:22

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

27 Aprel 2017 07:18

Hindistanda silahlılar hərbi düşərgəyə hücum edib: ölənlər var

27 Aprel 2017 07:12

Qəbilə ilə polis arasında qarşıdurma: Polisə oxla cavab verdilər

27 Aprel 2017 07:04

"Bavariya" daha bir tituldan əlini üzdü - VİDEO

27 Aprel 2017 06:43

XİN rəhbəri: "Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik"

27 Aprel 2017 06:32

Nəhəng daş kimi ibadətgah - FOTO

27 Aprel 2017 06:32

Zaxarova: “Trampa şans verin”

27 Aprel 2017 06:04

Bakıda avtomobil 37 yaşlı kişini vurub

27 Aprel 2017 06:02

İran sərhədində silahlı toqquşma: 8 ölü, 4 yaralı

27 Aprel 2017 05:48

Rusiyada zəlzələ oldu

27 Aprel 2017 05:33

"Just Cavalli"dən yeni kolleksiya - FOTO

27 Aprel 2017 05:32

“Qalatasaray”ın futbolçusu qəza törətdi

27 Aprel 2017 05:19

Rusiyada zəlzələ olub

27 Aprel 2017 05:12

"Real" "Deportivo"nu darmadağın etdi - VİDEO

27 Aprel 2017 04:53

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

27 Aprel 2017 04:37

FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yaydı

27 Aprel 2017 04:34

Məşhur aktyor jurnal üçün çəkildi - FOTO

27 Aprel 2017 04:32

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

27 Aprel 2017 04:29

9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 04:03

Məcburi köçkünlərə görə

27 Aprel 2017 03:35

Köhnə kənd evi otel oldu - FOTO

27 Aprel 2017 03:32

Məşhur rejissor vəfat etdi

27 Aprel 2017 03:24

35 yaşlı futbolçu məşq zamanı öldü

27 Aprel 2017 03:23

Nigeriyada neft oğurluğunda şübhəli bilinən 10 nəfər saxlanılıb

27 Aprel 2017 03:22

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanıldı

27 Aprel 2017 03:13

Astroloji proqnoz - 27 aprel

27 Aprel 2017 02:58

Almaniya kubokunda finalçılar bəlli oldu

27 Aprel 2017 02:39

Çinidən metal bankalar - FOTO

27 Aprel 2017 02:32

İspaniya La Liqası: "Real" "Deportivo"nu böyük hesabla məğlub edib

27 Aprel 2017 02:27

Tramp-Putin görüşünə dair xəbər yalan çıxdı

27 Aprel 2017 02:24

"Real" 3 xalı darmadağınla qazandı

27 Aprel 2017 02:22

Bu şəhərlərin küçələri dadlı yeməklərlə aşıb-daşır - FOTO

27 Aprel 2017 02:03

Apteklərdə adı və tərkibi eyni olan dərmanlar niyə fərqli qiymətə satılır? -

27 Aprel 2017 01:56

Türkiyədə 9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 01:49

Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb

27 Aprel 2017 01:47

Fərqli küçə rəssamı - FOTO

27 Aprel 2017 01:32

Rusiyadan kritik Astana açıqlaması -

27 Aprel 2017 01:31

Lənkəranda ağır qəza:

27 Aprel 2017 01:20

Rusiya mətbuatı Putinlə Trampın ilk görüşü barədə xəbər yayıb

27 Aprel 2017 01:17

35 yaşlı futbolçu məşqdə öldü

27 Aprel 2017 01:04

Limonla tonqal qaladı - FOTO/VİDEO

27 Aprel 2017 01:03

Hadisə hicaba büründü -

27 Aprel 2017 00:58

Suriyada qətliam davam edir:

27 Aprel 2017 00:23

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

27 Aprel 2017 00:22