“Mançester Siti” klubunda Qvardiolanın aylıq məvacibi 25 milyon avro təşkil edəcək

“Mançester Siti” klubunda Qvardiolanın aylıq məvacibi 25 milyon avro təşkil edəcək
14:33 24 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Xosep Qvardiola yayda İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kicker” idman qəzeti məlumat yayıb. Hazırda Münxenin “Bavariya” klubunu çalışdıran ispaniyalı mütəxəssisin aylıq maaşı 12 milyon avrodur. Lakin xəbərə görə, “Mançester Siti” Qvardiolaya iki dəfə çox, aylıq 25 milyon avro ödəyəcək.
Bu arada İngiltərənin “Mançester Yunayted” klubu da Qvardiolanı kluba cəlb etmək üçün hərəkətə keçib. Əgər “qırmızı şeytanlar” onunla razılığa gələ bilsə, onda ispaniyalı baş məşqçinin aylıq məvacibi bir qədər də arta bilər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Manchester_Siti_klubunda_Qvardiolanin_ayliq_mevacibi_25_milyon_avro_teskil_edecek-913961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR