VTB: Bankın kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb

14:37 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Məhdudiyyətlərin mümkünlüyü barədə VTB plastik kart sahiblərinin sualları ortaya çıxıb. Bu məsələ ilə bağlı "Visa" şirkətinə müraciət olunub. "Viza" şirkətindən müraciətə cavab olaraq bildirilib ki, heç bir ölkədə, o cümlədən Rusiya və xarici dövlətlərdə VTB kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və qoyulmayacaq", - deyə Bankın yaydığı məlumatda qeyd olunub.
"Visa" təsdiq edir ki, ABŞ Xəzinədarlıq Departamentinin 2015-ci il dekabrın 22-də məlumat verdiyi sektoral sanksiyaların "Visa" kartlarından istifadə edilməklə həyata keçirilən tranzaksiya əməliyyatlarına aidiyyəti yoxdur”, - deyə "Visa" şirkətinin cavabında bildirilir.
Qeyd edək ki, digər ödəmə sistemlərinin plastik kartlarının istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vtb-bankin-kartlarinin-istifadesine-hec-bir-mehdudiyyet-qoyulmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR