Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Milli Məclisin sədr müavini: “Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür”

Milli Məclisin sədr müavini: “Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür”

Date: 24 December 2015 14:37

Bakı. 24 dekabr. REPORT.AZ/ “Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür. Və bu məsələ ilə bağlı açıqlamamızı gözləyirlərsə, yanlış yoldadırlar”.
“Report”un xəbərinə görə, bunu jurnalsitlərə açıqlamasında Milli Məclisin sədr müavini bahar Muradova deyib.
Bununla yanaşı, B.Muradova əlavə edib ki, müəyyən addımlara qarşı adekvat addımların atılması məntiqlidir: “Səninlə hansı dildə danışırlarsa, o dili anladığını bildirməlisən. ABŞ-Azərbaycan münasibətlərinin normal olması təkcə Azərbaycan xalqının deyil, həm də amerikalıların marağındadır. Azərbaycanın mövqeyi, regiondakı imkanları təkcə özümüzə xidmət etmir. Qarşı tərəf bunu anlamalıdır. Bu məsələlər müzakirə predmetidir, yəqin ki, müzakirə olunacaq”.
Qeyd edək ki, deputat Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlı qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib.


Tags:  Milli Məclisin sədr müavini Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə yanlış düşünür

RƏYLƏR


Top news