Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda pensiyalar artacaq

Azərbaycanda pensiyalar artacaq

Date: 24 December 2015 14:54

"Mövcud qanunvericiliyə əsasən, hər il Azərbaycan prezidenti tərəfindən pensiyaların sığorta hissəsinin və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi barədə qərar qəbul edilir".

 

“APA-Economics”in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev manatın devalvasiyasından sonra pensiyaların artırılıb-artırılmayacağına aydınlıq gətirib.

 

O bildirib ki, əmək pensiyaları haqqında qanunun müvafiq müddəası ilə tənzimlənən qanunvericilik normasıdır: "Qanunvericiliyin tələblərinə və Azərbaycan prezidenti tərəfindən veriləcək sərəncama uyğun olaraq DSMF lazımi addım atacaq. Avtomatlaşdırılmış rejimdə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həm də fərdi hesablara toplanan pensiya kapitallarının artırılması reallaşdırılacaq".

 

Fond sədri deyib ki, qiymətlərin indeksi elan olunduqdan sonra prezidentin tapşırığına uyğun olaraq indeksləşmə reallaşdırılacaq. E. Mehdiyev əlavə edib ki, bunun üçün kifayət qədər vəsait var.

 

"Mövcud qanunvericilikdə hər il pensiyaların inflyasiya faizləri nəzərə alınmaqla indeksləşdirilməsi proseduru müəyyənləşdirilib: Bu il ölkə prezidenti tərəfindən verilən sərəncama uyğun olaraq, pensiyaların sığorta hissəsi və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi aparılıb", - deyə qurum rəhbəri bildirib.


Tags:  Azərbaycanda pensiyalar artacaq

RƏYLƏR


Top news