Visa: ABŞ-ın sanksiyaları Bank VTB kartlarının istifadəsinə məhdudiyyət qoymur

Visa: ABŞ-ın sanksiyaları Bank VTB kartlarının istifadəsinə məhdudiyyət qoymur
15:03 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bank VTB-nin (Azərbaycan) ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına salınması ilə bağlı kart əməliyyatları zamanı məhdudiyyətlərin mümkünlüyü barədə VTB plastik kart sahiblərinin sualları ortaya çıxıb.

Bankdan Trend-ə verilən məlumata görə, bu məsələ ilə bağlı "Visa" şirkətinə müraciət olunub. "Visa" şirkətindən müraciətə cavab olaraq bildirilib ki, heç bir ölkədə, o cümlədən Rusiya və xarici dövlətlərdə VTB kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və qoyulmayacaq.

"Visa" şirkətinin cavabında bildirilir: "Visa" təsdiq edir ki, ABŞ Xəzinədarlıq Departamentinin 22 dekabr 2015-ci ildə məlumat verdiyi sektorial sanksiyaların "Visa" kartlarından istifadə edilməklə həyata keçirilən tranzaksiya əməliyyatlarına aidiyyəti yoxdur”.

Qeyd edək ki, digər ödəmə sistemlərinin plastik kartlarının istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2473685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR