Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda homoseksuallar üçün jurnal çıxdı - fotolar

Azərbaycanda homoseksuallar üçün jurnal çıxdı -  fotolar

Date: 24 December 2015 15:16

Azərbaycanda homoseksualların jurnalı dərc olunmağa başlayıb.

Axşam.az AzNews.az-a istinadən xəbər verir ki, “Monority” adlanan jurnal 2015-ci ilin dekabrından çapa başlayıb.

Jurnalın rəhbəri Səməd İsmayılzadədir. O, jurnalın ilk sayında bu işə başlamasının səbəblərini, cinsi azlıqlar barədə fikirlərini bölüşüb:

“Dünyanın qloballaşdığı və bütün ayrı-seçkiliklərin silərək məhv olduğu bir dövrdə Azərbaycan kimi qərb mədəniyyətinə inteqrasiyaya meylli bir ölkədə, bütün azlıqlar kimi cinsi azlıqların da cəmiyyətdə yer tapa bilməsi vacibdir. Jurnalımızın MİNORİTY (ingiliscədən tərcümədə azlıq deməkdir) adlanması da məhz bu səbəbdəndir.

Azərbaycanın ilk LGBTİ (lezbiyan, gey, biseksual, transseksual, interseksual) jurnalının yaradıcılarından olmaq qürurverici olduğu qədər utancverici sayıla da bilər. İlk olmağın verdiyi həyəcan və qürur hissi ilə yanaşı, 2015-ci ildə bu sahədə ilk olmaq mənim fikrimcə cəmiyyətimizin geriliyindən xəbər verir”.












Tags:  Azərbaycanda homoseksuallar jurnal çıxdı fotolar

RƏYLƏR


Top news