Rusiyadan türk vətəndaşlarına güzəşt (FOTO)

Rusiyadan türk vətəndaşlarına güzəşt (FOTO)
15:31 24 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Baş nazir Dmitri Medvedyev Rusiyada 53 şirkətə Türkiyə vətəndaşlarını işə götürməyə icazə verib.

ANS PRESS-in məlumatına görə, Medvedyev Türkiyə vətəndaşlarını işə götürməkdə maraqlı olan, nazirliklərin və regionların təklif və istəklərini nəzərdən keçirdikdən sonra, müəyyən şirkətlərin daxil olduğu icazə sənədini imzalayıb. Türk vətəndaşlarını işə götürməyə yalnız siyahıda olan şirkətlərin icazəsi var. Həmin şirkətlər yanvar ayının 1-dən artıq türkləri işə götürə biləcəklər.

“Bu qərar mənim imzam olan siyahıdan kənar şirkətlərə şamil edilmir”- deyə Medvedyev əlavə etdi.


Dmitri Medvedyev -Rusiyanın baş naziri


Baş nazirin müavini Olqa Qolodeç bu məhdudiyyətlərin Rusiya ilə uzunmüddətli müaviləsi olan şirkətlər aid edilmədiyini bildirdi.

“Türk vətəndaşlarının işə götürülməsində olan məhdudiyyətlər uzunmüddətli müqavilələri olan tikinti şirkətlərinə, aid edilmir”. deyə o, əlavə edib.


Rusiya Baş nazirinin müavini Olqa Qolodeç


Türkiyə Rusiya arasında münasibətlərin pozulması noyabrın 24-də Türkiyənin rusiyaya məxsus Su24 təyyarəsini Türkiyə-Suriya sərhəddində vurmasından sonra baş verib. Bundan sonra Rusiya hökuməti Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR