Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bakıda arvadını bıçaqlayan şəxsə 14 il 6 ay həbs cəzası verilib

​Bakıda arvadını bıçaqlayan şəxsə 14 il 6 ay həbs cəzası verilib

Date: 24 December 2015 15:32

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Cəlal Sadıqovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Sadıqov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprel ayının 20-də Suraxanı rayonu Bülbülə qəsəbəsində baş verib. Həyat yoldaşı 66 yaşlı C.Sadıqovla mübahisə edən 52 yaşlı Tamara Sadıqova oğlunun evinə gedib. Daha sonra C.Sadıqov onu bıçaqlayıb. Xəstəxanaya çatdırılan T.Sadıqovanın həyatını xilas etmək mümükün olub. Hadisə yerindən qaçan C.Sadıqov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Tags:  Bakıda arvadını bıçaqlayan şəxsə 14 il ay həbs cəzası verilib

RƏYLƏR


Top news