Dekabrın 25-də respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

Dekabrın 25-də respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq
15:38 24 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC 
Dekabrın 25-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Atbulaq”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qobustan” və “Qusar”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Cırdaxan”, “Yeni Yevlax”, “Yevlax-1” və “Ucar” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Hacıqabul rayonunun Atbulaq və Qızılburun kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan işlərin Qobustan, Qusar, Yevlax və Ucar rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dekabrin_25_de_respublikanin_bezi_rayonlarinin_tebii_qaz_techizati_mehdudlasdirilacaq-913995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR