Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəxtiyar Əliyev: ABŞ-ın Azərbaycana qeyri-obyektiv münasibət bəsləyən nümayəndələrinə sanksiyalar tətbiq edilə bilər

Bəxtiyar Əliyev: ABŞ-ın Azərbaycana qeyri-obyektiv münasibət bəsləyən nümayəndələrinə sanksiyalar tətbiq edilə bilər

Date: 24 December 2015 15:38

Bakı. Elçin Mehdiyev - Trend:

“Qanunvericiliyə əsasən, Milli Məclisin hər bir deputatının qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Ona görə də deputatlarımızın hər hansı birinin qanun layihəsi ilə çıxış etməsi normal haldır”. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev millət vəkili Rövşən Rzayev tərəfindən hazırlanan və Milli Məclisdə müzakirəsi nəzərdə tutulan ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında sənədə münasibət bildirərkən deyib.

B.Əliyev qeyd edib ki, heç bir ölkə qapalı olmalı deyil: “Şəffaflıq, hesabatlılıq hamıya aiddir. Ona görə də hər hansı deputatın hər hansı ölkədə, o cümlədən ABŞ-da ciddi qanun pozuntularının olduğunu düşünməsinə normal yanaşmaq lazımdır”.

Millət vəkili hesab edir ki, ABŞ-ın Azərbaycana aqressiv və qeyri-obyektiv münasibət bəsləyən, Azərbaycanın imicinə xələl gətirən, böhtanlarla çıxış edən konqresmenlərinə, senatorlarına və yaxud qeyri-dövlət strukturlarının rəhbərlərinə, üzvlərinə qarşı Azərbaycan tərəfi də sanksiya tətbiq edə bilər, onların ölkə ərazisinə buraxılmasına qadağa qoya bilər: “Bu, normal haldır. Əgər həmin insanlar qərəzli münasibət göstərirsə, onlara qarşı da hər hansı sanksiyalar olmalıdır”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bəxtiyar Əliyev ABŞ-ın Azərbaycana qeyri-obyektiv münasibət bəsləyən nümayəndələrinə sanksiyalar tətbiq edilə bilər

RƏYLƏR


Top news