Seneqaldan olan qaçqın lotereyada 400 min avro udub

Seneqaldan olan qaçqın lotereyada 400 min avro udub
15:38 24 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC 
İspaniyanın Roquetas de Mar şəhərində Seneqaldan gəlmiş qaçqın Milad bayramı ilə əlaqədar oynanılan ənənəvi “El Gordo” (Kök adam) lotereyasında 400 min avro (436 min ABŞ dolları) udub.
AZƏRTAC bbc.com saytına istinadla xəbər verir ki, bəxti gətirən 35 yaşlı Ngagne adlı şəxs İspaniyaya 2007-ci ildə Mərakeşdən gəlib. Dediyinə görə, uduşa qədər cibində 5 ABŞ dolları belə yox imiş.
“El Gordo” milad bayramı ərəfəsində keçirilən ən bahalı lotereya sayılır. Bu lotereya 1812-ci ildən oynanılır və bir biletin standart qiyməti 20 avrodur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seneqaldan_olan_qachqin_lotereyada_400_min_avro_udub-913993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR