Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağı keçirilir

15:43 24 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC 
Dekabrın 24-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Gündəlikdə duran əsas məsələlər Federasiyanın prezidentinin və idarə heyətinin tərkibinin yenidən seçilməsi, həmçinin ölkəmizdə gimnastikanın inkişafı istiqamətində gələcək fəaliyyət planının təsdiq olunmasıdır.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov tədbirdə ötən dövr ərzində görülmüş işlər haqda hesabat məruzəsi ilə çıxış edib.
Sonra ilk Avropa Oyunlarında, qitə və dünya çempionatlarında fərqlənmiş gimnastlar və məşqçilər xatirə medalları ilə təltif olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Gimnastika_Federasiyasinin_hesabat_sechki_xarakterli_altinci_umumi_yigincagi_kechirilir-913998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR