Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Layt” nefti son dörd ildə ilk dəfə “Brent”dən baha qiymətə satılıb

“Layt” nefti son dörd ildə ilk dəfə “Brent”dən baha qiymətə satılıb

Date: 24 December 2015 15:48


Bakı, 24 dekabr, Nihad Budaqov, AZƏRTAC
Qərbi Texas növü - “Layt” markalı neftin bir barreli son dörd ildə ilk dəfə “Brent” markalı neftin bir barrelindən baha qiymətə satılıb.
AZƏRTAC xəbər verir ki, bu gün “Layt”ın bir barreli Nyu-Yorkun NYMEX birjasında 37,74 dollara, “Brent” markalı neftin bir barreli isə Londonun İCE birjasında 37,70 dollara satılıb. Qiymət artımına ABŞ-da xam neft ehtiyatlarının 3,6 milyon barrel azalması təsir göstərib.
Analitiklər isə 40 ildən sonra ABŞ-da xam neft ixracına dair qadağanın ləğv edilməsinin “Layt” neftinə olan etibarı artırdığını və bunun nəticəsində də “Brent” nefti ilə qiymət fərqinin bərabərləşdiyini bildirirlər.
 

Tags:  Layt nefti son dörd ildə ilk dəfə Brentdən baha qiymətə satılıb


RƏYLƏR


Top news