"Azərsu"nun fəaliyyətində ciddi nöqsanlar aşkarlandı

15:49 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş iclasında “Azərsu” ASC-də “Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” və “Açıq kommunal infrastruktur Proqramı-II” layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (YBƏA) və Almaniyanın “KfW” Bankından cəlb olunmuş kreditlər və dövlət əsaslı vəsait qoyuluşu üzrə aparılmış auditin nəticələri müzakirə edilib.

 

APA-nın məlumatına görə, auditor C. Həsənov “Azərsu” ASC-nin Nizamnaməsində onun səhmlərinin dövlət mülkiyyətində saxlanıldığı dövrdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin həllinin qanunvericiliyə uyğun olaraq müvafiq qaydada hansı dövlət orqanları tərəfindən həyata keçirilməsinin tənzimlənmədiyini, İdarə Heyəti haqqında Əsasnamənin qəbul edilmədiyini diqqətə çatdırıb.

 

Auditor kredit vəsaitindən istifadənin geçikməsi nəticəsində kreditin 5,5 il ərzində cəmi 21,2%-i istifadə olunduğunu, müqavilənin icra müddətinin uzadılması və bəzi xidmətlər üzrə əlavə vəsaitin məbləğinin Azərbaycan hökumətinin payı hesabına maliyyələşdiriləcək müvafiq hissəsinin artmasına şərait yaratdığını bildirib. Auditor layihələr üzrə investisiya təkliflərinin dəqiq hesablamalarla əsaslandırılmaması və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməməsi səbəbindən müvafiq illər üzrə ilkin olaraq dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsaitin məbləğinin dəfələrlə dəyişdirildiyini, layihələr üzrə tikinti-quraşdırma işlərinin ehtimal olunan dəyəri müəyyən edilərkən Azərbaycan ərazisində mövcud olan qiymətlərdən fərqli qiymətlərin tətbiq edildiyini qeyd edib. Həmçinin layihə-smeta sənədlərinin vaxtında hazırlanmaması və tikinti işləri üzrə layihələrə edilən dəyişikliklərin ayrılan vəsaitlərdən səmərəli istifadə olunması üçün qeyri-münbit şərait yaratdığını, nəticədə bəzi hallarda podratçılara artıq vəsait ödənildiyini nəzərə çatdırıb. C. Həsənov nəql borusuna müvəqqəti qoşulmalar və razılaşdırılmamış dəyişikliklərin bir sıra hallarda nəql borularının əsaslı səbəb olmadan zədələnməsinə, ümumilikdə bütöv sistemlərin funksionallığının risklərlə müşahidə olunmasına və layihələr üzrə əhalinin 24 saatlıq davamlı su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunmasına neqativ təsir etməsinə gətirib çıxardığını qeyd edib. Eyni zamanda bütün bunların layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılmaması və davam etdirilməsinin, obyektlərin istifadəyə verilməməsinin isə nəzərdə tutulmuş digər son hədəf göstəricilərinə (xidmət göstərilən və ya əhatə olunan əhalinin faizi, çirkab suların emal edilərək Xəzər dənizinə, kanal və ya çaylara axıdılması kimi göstəricilər) nail olunması səviyyəsinin qiymətləndirilməsinə imkan vermədiyini söyləyib.

 

Auditor tövsiyələri diqqətə çatdıraraq, səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyə uyğun tənzimlənməsi və Cəmiyyətin İdarə heyəti haqqında Əsasnamənin qəbul edilməsi istiqamətində müvafiq tədbirlər görülməsini, dövlət əsaslı vəsait qoyuluşu üzrə büdcə təkliflərinin “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə əməl edilməklə tərtib edilməsini zəruri hesab edib. Eyni zamanda investisiya təkliflərinin dəqiq hesablamalar aparılmaqla təqdim edilməsi və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməsi təmin olunması, ödənişlərinin artmasına, həmçinin  sifarişçi ilə razılaşdırılmadan layihə üzrə iş həcminə əlavə və dəyişikliklərin aparılmasına və əlavə vəsait xərcinə yol verilməməsi məqsədilə fəaliyyətin gücləndirilməsi, texniki-iqtisadi əsaslandırma sənədi olan Yekun Hesabatlarda layihə üzrə əhəmiyyətliliyi özündə əks etdirən əsas hədəf göstəricilərinə layihələrin son icra müddətinədək nail olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədəmüvafiq hesab olunub. ASC tərəfindən layihə üzrə nəzərdə tutulan maliyyə resurslarından məhsuldar istifadə olunması, kredit və qrant vəsaitlərinin məqsədyönlü və qənaətlə istifadəsi üzrə aparıla biləcək monitorinq və ya digər müşaiyyətedici tədbirlər həyata keçirilməklə layihələrin icrasına ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi, tikinti işlərinin keyfiyyətinin artırılması və vaxtında başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin də həyata keçirilməsini zəruri hesab edilib.

 

Sonda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilib, Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Mercedes" 12 yaşlı velosipedçini vurdu - Sabirabadda

21 İyul 2017 20:49

Şamaxı yolu çökdü - VİDEO

21 İyul 2017 20:47

Şahzadə Diananın şəxsi əşyaları sərgilənəcək - FOTO

21 İyul 2017 20:42

Polis və nəqliyyat müfəttişləri reyd keçirib - VİDEO

21 İyul 2017 20:37

Yıldız Tilbe "O Səs Türkiyə"də olacaq?

21 İyul 2017 20:35

"Ağ ev"də GÖZLƏNİLMƏZ İSTEFA

21 İyul 2017 20:33

Azərbaycan Prezidenti Rusiyaya işgüzar səfərə gəlib

21 İyul 2017 20:32

Şon Spayser Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verib

21 İyul 2017 20:32

"Zəlzələ gündüz olsaydı, indi dənizdən cəsəd toplayırdıq" - Qorxunc iddia

21 İyul 2017 20:32

İstanbulda Türkiyə ilə Azərbaycan arasında işgüzar əlaqələr müzakirə olunub

21 İyul 2017 20:27

İnvestorlar qlobal maliyyə bazarları üçün əsas təhlükəni açıqlayıblar

21 İyul 2017 20:27

Venesuelada kütləvi etirazlarda 100 nəfər ölüb

21 İyul 2017 20:27

790 min dollara aldığı evi iki qatından da baha satır - FOTO

21 İyul 2017 20:22

Prezident İlham Əliyev Rusiyaya səfər edib

21 İyul 2017 20:22

Mingəçevirdə QƏZA: Sürücü avtomobili maneələrə çırpdı

21 İyul 2017 20:18

Bakıda dənizdə batan iki nəfər xilas edilib

21 İyul 2017 20:17

Azərbaycan prezidenti Rusiyada səfərdədir

21 İyul 2017 20:14

Prezident İlham Əliyev Rusiyada işgüzar səfərdədir

21 İyul 2017 20:12

ADU-nun rektoru KİV təmsilçiləri ilə görüşüb

21 İyul 2017 20:12

"Yuve"dən 40 milyonluq transfer

21 İyul 2017 20:12

Bizim Hamletlər

21 İyul 2017 20:05

Rusiyanın “TROYA ATI”, birinci MƏQSƏD ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

21 İyul 2017 20:03

Rusiya yaxın 3 ildə elektromobillərin istehsalda payını 17%-ə çatdıracaq

21 İyul 2017 20:02

Məşhurları bir də makiyajsız görün - FOTO

21 İyul 2017 19:57

"Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır"

21 İyul 2017 19:54

Menyer xəstəliyinə daha çox qadınlar arasında rast gəlinir

21 İyul 2017 19:52

Almaniya da eynicinslilərin nikahını leqallaşdırdı

21 İyul 2017 19:48

Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşu 28% artıb

21 İyul 2017 19:47

3-cü dəfə ana olacaq - FOTO

21 İyul 2017 19:47

Dəniz kənarında hava və su vannası üçün ən yaxşı vaxt

21 İyul 2017 19:42

Yüzdən çox qovaq ağac kəsdilər

21 İyul 2017 19:38

40 kiloqram arıqladıqdan sonra döyməsini göstərdi - FOTO

21 İyul 2017 19:37

Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyəti müzakirə olunub

21 İyul 2017 19:37

Qurban Qurbanov “Şerif”i dəyərləndirdi

21 İyul 2017 19:34

Ədliyyə Nazirliyinin 20 əməkdaşı məsuliyyətə cəlb olunub -

21 İyul 2017 19:34

Həyatınızı dəyişdirən KARMA QANUNLARI

21 İyul 2017 19:33

Çində qum heykəllərdən ibarət park yaradılır - FOTO

21 İyul 2017 19:32

Təmiz zeytun yağını necə tanıyaq? - ÜSULLAR

21 İyul 2017 19:27

Mingəçevirdə sürücü avtomobili manelərə çırpıb və ciddi xəsarət alıb

21 İyul 2017 19:27

AFFA bu komandanı Bakıya 700 min avroya gətirib

21 İyul 2017 19:27

Zamiq ayrıldığı prodüseri ilə yenidən bir arada - FOTO

21 İyul 2017 19:27

İqtisadiyyat naziri Xırdalanda vətəndaşlarla görüşüb

21 İyul 2017 19:22

"Prezidentin jurnalistlərlə görüşü mühüm hadisədir" - Əflatun Amaşov

21 İyul 2017 19:19

Ədliyyə Nazirliyində BÖYÜK "ƏMƏLİYYAT": 20 əməkdaş məsuliyyətə cəlb olundu

21 İyul 2017 19:18

“Dərman fabriklərinə qoyulacaq sərmayənin həcmi 100 milyon dollara bərabərdir”

21 İyul 2017 19:16

“Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır” - Prezident

21 İyul 2017 19:14

""Real"da rəqabətdən deyil, başqa şeylərdən qorxmaq lazımdır"

21 İyul 2017 19:12

7 nəfər Ədliyyə Nazirliyində vəzifəsindən azad edilib

21 İyul 2017 19:09

Qaxda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək

21 İyul 2017 19:07

Gürcüstanda bu il iqtisadi artımı 4%-i üstələyəcək

21 İyul 2017 19:07