Milli Məclis sədrinin müavini Füzuli rayonunda sakinlərlə görüşüb

Milli Məclis sədrinin müavini Füzuli rayonunda sakinlərlə görüşüb
16:03 24 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 24 dekabr, AZƏRTAC
Milli Məclis sədrinin müavini Bahar Muradova Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Füzuli rayon sakinləri və ictimaiyyətin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Horadiz şəhər muğam mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev yenidən Milli Məclisin deputatı və sədr müavini seçilməsinə görə Bahar Muradovanı təbrik edib, Füzuli rayonuna dövlət qayğısından, sakinlərin sosial problemlərinin həlli, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova qarşıdan gələn bayramlar münasibətilə füzulililəri təbrik edib, noyabrın 1-də parlament seçkilərinin demokratik və şəffaf keçirildiyini vurğulayıb. Bahar Muradova rayon sakinlərinə seçkidə fəal iştirak etdiklərinə, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədə səs verdiklərinə görə minnətdarlığını bildirib, dünyada və ölkədə gedən ictimai-siyasi proseslərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən bəhs edib.
Sonda rayonun musiqi kollektivləri konsert proqramı ilə çıxış ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Meclis_sedrinin_muavini_Fuzuli_rayonunda_sakinlerle_gorusub-914005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR