“Çalışacağıq ki, mənim təyinatımdan sonra da hədəflərimizi saxlayaq. Hazırda 16 futbolçunun müqaviləsi başa çatıb. Onlarla danışıqlar aparacağıq”.
Fanat.Az-ın futbolxeber.az saytına istinadən yaydığı məlumata görə, bu sözləri Bakı “İnter”inin yeni prezidenti Rəşad Qasımov deyib.
R.Qasımov baş məşqçi Zaur Svanadzenin komandadanın gedişinin müzakirə mövzusu olmadığını qeyd edib: “Svanadze ilə yollarımızı ayıracağımızla bağlı da heç bir qərar yoxdur. Bunu dəqiq deyirəm. Çalışacağıq ki, bundan sonra “İnter”də maliyyə problemi olmasın”.
Fanat.az