"Bank VTB (Azərbaycan)": Plastik kartlarımızın istifadəsinə məhdudiyyət qoyulmayıb

"Bank VTB (Azərbaycan)": Plastik kartlarımızın istifadəsinə məhdudiyyət qoyulmayıb
16:18 24 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Heç bir ölkədə, o cümlədən Rusiyada VTB kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb.
"Bank VTB (Azərbaycan)"dan AZƏRTAC-a bildirilib ki, bu bankın ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına salınması ilə əlaqədar kart əməliyyatları zamanı məhdudiyyətlərin mümkünlüyü barədə VTB plastik kart sahiblərinin sualları ortaya çıxıb. Bu məsələ ilə bağlı Visa şirkətinə müraciət olunub. Viza şirkətindən müraciətə cavab olaraq bildirilib ki, heç bir ölkədə, o cümlədən Rusiyada VTB kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və qoyulmayacaq.
Visa təsdiq edir ki, ABŞ Xəzinədarlıq Departamentinin bu il dekabrın 22-də məlumat verdiyi sektorial sanksiyaların Visa kartlarından istifadə edilməklə həyata keçirilən tranzaksiya əməliyyatlarına aidiyyəti yoxdur.
Qeyd edək ki, digər ödəmə sistemlərinin plastik kartlarının istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBank_VTB_Azerbaycan_quot_Plastik_kartlarimizin_istifadesine_mehdudiyyet_qoyulmayib-914010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR