“Mauqlinin Yeni ili” nümayiş etdiriləcək

“Mauqlinin Yeni ili” nümayiş etdiriləcək
16:29 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

Dekabrın 26-ı saat 12.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il karnavalına start veriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, gənc yazıçı Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Mauqli” pyesi əsasında hazırlanmış “Mauqlinin Yeni ili” bu mövsüm Gənc Tamaşaçılar Teatrının öz azyaşlı dostlarına hədiyyəsi olacaq. 

 

Balacaların sevimli nağıl personajı olan Mauqlinin yeni il sərgüzəştlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur. 

 

Yeni il tamaşasında əsas obrazları gənc və istedadlı aktyorlar Zaur Əliyev (Dövlət Musiqili Teatr), Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Elnur Əliyev, Anar Seyfullayev, Elşən Şıxəliyev, Rəşad Səfərov, Müşfiq Əliyev, Anar Səfiyev, Bəhram Həsənov ifa edəcəklər.

 

Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa 2016-cı ilin yanvar ayının 4-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək.

 

Məlumat üçün bildirək ki, yeni tamaşa ilə yanaşı hər  il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Mauqlinin yeni ili”ni  izləyəcəklər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR