Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azəriqaz": Bakıdakı istehlakçıların yalnız 5%-də mexaniki tipli qaz sayğacı qalıb

"Azəriqaz": Bakıdakı istehlakçıların yalnız 5%-də mexaniki tipli qaz sayğacı qalıb

Date: 24 December 2015 16:32

Bakı. 24 dekabr. REPORT.AZ/ Hazırda Bakı şəhəri üzrə istehlakçılarda cəmi 40 min ədəd mexaniki qaz sayğacı qalıb. Həmin sayğaclar da smart tipli sayğacla əvəz olunacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Bakı regional satış Departamenti balans və satış şöbəsinin rəisi Emin Şahkərimov "Report"a bildirib ki, bu istiqamətdə iş aparılır.
"Bakı şəhəri üzrə 840 min abunəçidən cəmi 40 mini smart tipli sayğacla təmin olunmayıb. Hazırda bu sayğacların dəyişdirilməsi istiqamətində iş aparılır. Burada ən böyük problem bir çox binada sayğacların evin içində olması və onların bloka çıxarılması üçün xüsusi işlər aparmaq lazım olmasıdır. Bu da müəyyən qədər vaxt aparır", - deyə şöbə rəisi əlavə edib.

Tags:  Azəriqaz Bakıdakı istehlakçıların 5-də mexaniki tipli qaz sayğacı qalıb

RƏYLƏR


Top news