Əmək pensiyaları 3indeksləşdiriləcək

Əmək pensiyaları 3indeksləşdiriləcək
16:33 24 Dekabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev jurnalistlərin suallarına cavab olaraq, Azərbaycanda manatın devalvasiyasından sonra pensiyaların artırılıb-artırılmayacağı məsələsinə aydınlıq gətirib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, Fond sədrinin sözlərinə görə, mövcud qanunvericilikdə hər il pensiyaların inflyasiya faizləri nəzərə alınmaqla indeksləşdirilməsi proseduru müəyyənləşdirilib: “Bu da illərdir davam edən məsələdir. Bu il ölkə prezidenti tərəfindən verilən sərəncama uyğun olaraq, pensiyaların sığorta hissəsi və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi aparılıb. Təbii ki, növbəti ildə də 2015-ci il üzrə istehlak qiymətləri indeksi elan olunduqdan sonra həmin indeks səviyyəsinə uyğun olaraq, əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi prosesi reallaşdırılacaq”.
E. Mehdiyev qeyd edib ki, bu, qanunvericiliyin normasıdır: "2006-cı ildən hazıradək dövlət başçısı bu məsələ ilə bağlı 9 belə sərəncam imzalayıb. Yəni heç nə yeni deyil. Hər şey öz axarı ilə gedir. Təbii ki, bu işlərin reallaşdırılması üçün kifayət qədər vəsait var. Ümumilikdə götürdükdə, bu sahədə heç bir problem yoxdur".

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amek_pensiyalari_3indekslesdirilecek-914013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR