Aydın Mirzəzadə: Milli Məclisə təqdim olunan qərar layihəsi ABŞ-a əməkdaşlığın qorunması üçün çağırışdır

Aydın Mirzəzadə: Milli Məclisə təqdim olunan qərar layihəsi ABŞ-a əməkdaşlığın qorunması üçün çağırışdır
16:38 24 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Milli Məclisin deputatı Rövşən Rzayevin hazırladığı “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsi əslində, ABŞ-a əməkdaşlığın qorunub saxlanması üçün birgə fəaliyyət çağırışı, ABŞ-ın Azərbaycanla münasibətlərini daim diqqətdə saxlamaq arzusudur. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı tərəfindən hazırlanan layihəyə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, bu layihə ABŞ-Azərbaycan münasibətlərinin qorunub saxlanılmasına yönələn növbəti bir addımdır.

A.Mirzəzadə xatırladıb ki, bir müddət əvvəl ABŞ konqresmeni Kristofer Smit qanunverici orqana “Azərbaycan demokratiya aktı - 2015” adlı qətnamə layihəsi təqdim etdi, ölkəmizə qarşı sanksiyaların tətbiqini təklif etdi: "Azərbaycan cəmiyyəti də buna öz reaksiyasını bildirməlidir. Hazırlanan yeni qərar layihəsi də Azərbaycan cəmiyyətinin ABŞ-ın müəyyən dairələrinin, ayrı-ayrı konqresmenlərinin ölkəmizə göstərdiyi qeyri-obyektiv münasibətə bir reaksiyadır".

Millət vəkili qeyd edib ki, Azərbaycanla ABŞ arasında strateji müttəfiqlik, beynəlxalq aləmdə stabillik və sülh uğrunda birgə əməkdaşlıq təcrübəsi var. Azərbaycan ABŞ-la dövlətlərarası münasibətlərin bir çox sahələrində də yaxşı əməkdaşlıq təcrübəsinə malikdir: “Çox təəssüf ki, ABŞ-ın müəyyən dariələri, rəsmi dairələr vaxtaşırı Azərbaycanla bağlı qeyri-obyektiv münasibət ortaya qoyurlar. Onlar gah Azərbaycanın demokratik inkişafına şübhə ilə yanaşır, gah da Azərbaycana insan haqları ilə bağlı əsassız ittihamlar irəli sürürlər. Lakin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, Ermənistana siyasi təzyiq məsələsində arzuolunan mövqeyi göstərmirlər".

Qeyd edək ki, “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsində müstəqillik illərində Azərbaycanın Amerika Birləşmiş Ştatlarının müxtəlif qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartlarla üz-üzə qaldığı vurğulanır. Qeyd edilir ki, bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərirlər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2473737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR