Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiya XİN: "Tərəflərə yardım göstərməyə davam edəcəyik"

Rusiya XİN: "Tərəflərə yardım göstərməyə davam edəcəyik"

Putin Qarabağdan DANIŞDI (15 Mart 2017 18:08)
Sergey Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların səviyyəsindən razıdır" (06 Mart 2017 15:07)

Tarix: 24 Dekabr 2015 16:39

Rusiya XİN: “...yüksək səviyyədə siyasi dialoqu təqdir edirik”

 

“Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirilən görüşündə irəliləyiş olmayıb. Lakin tərəflər Minsk formatında işi davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyiblər”.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.

 

O bildirib ki, Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizamlanması üçün yüksək səviyyədə siyasi dialoqu təqdir edir. “Həmsədrlərin vasitəçilik fəaliyyəti davam etdiriləcək. Rusiya tərəflərə bu istiqamətdə yardım göstərməkdə davam edəcək”, - deyə M. Zaxarova vurğulayıb.


Teqlər:  Rusiya XİN Tərəflərə yardım göstərməyə davam edəcəyik



RƏYLƏR


Top xəbərlər