Rusiyanın baş müftisi dəyişdi

Rusiyanın baş müftisi dəyişdi
16:42 24 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Tatarıstan muftisi Kamil Samiqullin Rusiyanın yeni baş müftisidir.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bunu artıq sabiq baş müfti Talqat Tacuddin deyib. 
"Kamil Həzrət artıq yeni baş müftidir və qərarı Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin plenumu təsdiqləyib. O, fətvaların verilməsinə, dini təhsil müəssisələri üçün tədris proqramlarının hazırlanması və onlara nəzarətə, habelə dini ədəbiyyatın çapı və belə ədəbiyyatın yoxlanması üçün məsuliyyət daşıyacaq", - Talqat Tacuddin söyləyib.

Talqat Tacuddin 1992-ci ildən bəri Rusiya Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin sədri, habelə Rusiya müsəlmanlarının UNESCO, Avropa Müsəlmanlar Liqasında və bir sıra beynəlxalq təşkilatlarda rəsmi nümayəndəsidir.

2013-cü ildə Tatarıstan Din İdarəsinin sədri vəzifəsinə təyin olunmuş Kamil Samiqullinin 30 yaşı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR